Rumıniyanın sabiq Baş naziri: Enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə Avropa üçün çox vacibdir
12.03.2026 [15:38]
Xəbərin mətni
Avropa İttifaqına daxil olan ölkənin nümayəndəsi kimi hesab edirəm ki, Azərbaycanın töhfəsi son dərəcə vacibdir. Xüsusilə də hazırkı dövrdə – fosil yanacaqlardan əldə olunan enerjinin təmin edilməsində çoxsaylı çətinliklərin yaşandığı bir vaxtda Azərbaycanın bu təchizatın təmin edilməsi üçün lazımi addımları atmağa hazır olması böyük əhəmiyyət daşıyır və biz buna görə çox minnətdarıq. Bu barədə AZƏRTAC-a müsahibəsində Rumıniyanın sabiq Baş naziri Petre Roman deyib.