Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq
14.03.2026 [10:29]
Xəbərin mətni
“Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunacaq WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal səviyyədə strateji prioritet kimi müzakirəsinə yeni imkanlar yaradacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə bildirib.