Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat rəsmisi: Şərqi Avropa və Mərkəzi Asiya urban transformasiya üçün mühüm imkanlar təqdim edir

14.03.2026 [11:50]

Xəbərin mətni

Şərqi Avropa və Mərkəzi Asiya regionu iqtisadi keçid, şəhər inkişafı və postböhran bərpasının kəsişməsində yerləşərək urban transformasiya üçün mühüm imkanlar yaradır. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinqdə bildirib.