Milli koordinator: WUF13-ün Bakıda keçirilməsi regionun artan əhəmiyyətini göstərir
14.03.2026 [12:40]
Xəbərin mətni
Bu il mayın 17-22-də Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. Bu, regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyinin formalaşmasında rolunu əks etdirir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.