Nobel laureatı Kailaş Satyarti: Qlobal Bakı Forumu dünyada ümid işığıdır
14.03.2026 [15:46]
Xəbərin mətni
Dünya bu gün yolayrıcındadır və bəşəriyyət indiyədək üzləşdiyi ən ciddi çağırışlarla qarşı-qarşıyadır. Ən təhlükəli məqam isə insanların getdikcə ümidini itirməsidir. Belə bir şəraitdə ümid işığını yandırmaq vacibdir və Qlobal Bakı Forumu məhz bu ümidin simvoludur. Bu fikirləri AZƏRTAC-a müsahibəsində XIII Qlobal Bakı Forumunun iştirakçısı, 2014-cü il Nobel Sülh Mükafatı laureatı Kailaş Satyarti deyib.