Anna Soave: WUF13 Bakını inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevirəcək
17.03.2026 [14:22]
Xəbərin mətni
Mayın 17-dən 22-dək keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakını daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevirəcək. Bunu “Bakı KOB evi”ndə keçirilən “WUF13 - özəl sektor üçün məlumatlandırma sessiyası”nda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave deyib.