Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib

02.04.2026 [17:46]

Xəbərin mətni

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli AZƏRTAC-da olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən media istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.