Sonuncu sərnişindən sonra: Metroda gecə növbəsinin görünməyən əməyi...
06.11.2026 [17:09]
Bakı Metropolitenində sərnişin daşımaları gecə saatlarında başa çatsa da, iş prosesi dayanmır. Sərnişinlər stansiyaları tərk etdikdən sonra təmizlik, texniki baxış və təmir işlərinə start verilir. Metropolitençilər bir neçə saat ərzində eskalatorlardan tutmuş tunellərə qədər bütün sahələri yoxlayır, zəruri tədbirlər görürlər. Məqsəd səhər ilk qatarın hərəkətə başlamasına qədər bütün hazırlıq işlərini yekunlaşdırmaqdır. İllərini bu sahəyə həsr edən əməkdaşlar peşə bayramlarını da məhz iş başında, şəhərin fasiləsiz nəqliyyat fəaliyyətini təmin etməklə qarşılayırlar. Bir neçə saat sonra yenidən sərnişinlərlə dolacaq platformaların arxasında isə onların gecəboyu davam edən zəhməti dayanır.