Çingiz Qənizadə: Ad seçimi həm fərdi hüquq, həm də ictimai məsuliyyət məsələsidir
13.04.2026 [13:05]
Xəbərin mətni
Son dövrlər mətbuatda geniş müzakirə olunan məsələlərdən biri də uşaqlara adların verilməsidir. Eləcə də nikah zamanı qadın və kişilərin soyad seçimi ilə bağlı yaranan suallardır. Bu mövzular cəmiyyətdə müxtəlif yanaşmalar doğurur və aktual olaraq qalır. Bu sözləri Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə söyləyib.