Şahin Mustafayev: Biz sahibkarları Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış potensialdan səmərəli istifadə etməyə çağırdıq
17.04.2026 [15:25]
Xəbərin mətni
Dünən biz geniş müzakirələr apardıq. Hökumətlərarası Komissiyasının protokolu hazırlandı, Komissiya çərçivəsində Azərbaycan-Rusiya ticarət dövriyyəsinin, investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində əlavə imkanların araşdırılması və bu əlaqələrin genişləndirilməsi haqqında tədbirlər müəyyənləşdirildi, müvafiq olaraq lazımi tapşırıqlar verildi. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlaması zamanı deyib.