Emin Ağalarov: Hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm
17.04.2026 [16:20]
Xəbərin mətni
Ötən ilin sentyabr ayında “Sea Breeze”də l Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirildi. Biz forumu hər il təşkil etməyi planlaşdırırıq. Bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.