Ekspert: Enerji qiymətlərinin artımı yalnız müsbət təsir yaratmır
21.04.2026 [18:35]
Xəbərin mətni
Azərbaycanın dövlət büdcəsində neftin orta illik qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Neftin illik orta qiymətinin hər 10 dollar artması ölkəyə təxminən 2,2 milyard manat əlavə gəlir qazandırır. Bunun 1,8 milyard manatı Dövlət Neft Fondunun, qalan hissəsi isə dövlət büdcəsinin gəlirlərinin artımı hesabına formalaşır. Burada əsas məqam qısamüddətli deyil, illik orta qiymət artımının təsiridir. Son dövrlərdə qlobal hadisələrin təsiri ilə yalnız neft deyil, qaz qiymətlərində də əhəmiyyətli artım müşahidə olunur. Bu barədə AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Xalid Kərimli bildirib.