Əqli mülkiyyət hüquqlarının müdafiəsi Ombudsman Aparatının əsas fəaliyyət istiqamətlərindəndir
22.04.2026 [15:53]
Xəbərin mətni
Tarixi mənbələrin düzgün təhlili və onların obyektiv elmi metodologiya əsasında dəyərləndirilməsi sosial elmlərin əsas prinsiplərindən biridir. Bu yanaşma elmi biliklərin zənginləşməsinə xidmət edir. Bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.