Culio Kassadini: “Tənha insanın monoloqu” yeni kino əsəri kimi festivalda böyük maraqla qarşılanıb
22.04.2026 [20:24]
Xəbərin mətni
Festivalın seçki komitəsində Azərbaycanın təqdim etdiyi rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi ilə bağlı razılıq çox asan qəbul olundu. Belə ki, film festivalın seçki komitəsinin bütün üzvləri tərəfindən yekdilliklə müsbət qiymətləndirildi və festival üçün seçildi. Hər kəs filmin onun qəlbini fəth etdiyini vurğuladı. Hər bir komitə üzvü filmin təsir gücünü hiss etdi. Bu fikirləri Brive Film Festivalının Baş meneceri, Briv və Turin beynəlxalq film festivalı seçki komitəsinin rəhbəri Culio Kassadini Azərbaycan filminin nümayişindən sonra AZƏRTAC-a müsahibəsində deyib.