Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb
23.04.2026 [10:11]
Xəbərin mətni
Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb. Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.