Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində əsas qaz kəmərləri daha böyükdiametrli borularla əvəz olunacaq

23.04.2026 [10:22]

Xəbərin mətni

Hazırda Naxçıvan Muxtar Respublikası 9 qazpaylayıcı stansiya vasitəsilə təbii qazla təmin olunur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov deyib. O bildirib ki, bütün yaşayış məntəqələri 100% qazlaşdırılıb: "Qaz kəmərlərinin ümumi uzunluğu 9287 km təşkil edir. Abonentlərin ümumi sayı 94 mindən çoxdur.