Çernobıl əlili: Dövlət tərəfindən sosial dəstək və qayğı ilə əhatə olunmuşuq
24.04.2026 [14:25]
Xəbərin mətni
1986-cı ildə Çernobıl qəzası baş verən zaman hərbi xidmətdə idim. Hadisədən sonra bizi həmin zonaya apardılar. Bizə iki əsas tapşırıq həvalə olunmuşdu. Müəyyən təhlükəli ərazilərdə işlədikdən sonra bizi zonadan çıxardılar. Gün ərzində 15–16 dəqiqə işləyir, sonra isə üzərimizdəki bütün geyimlər yenisi ilə əvəz olunurdu. Bizə xüsusi respiratorlar verilmişdi. Əgər tərləmə olurdusa, respirator dəyişdirilməli idi, çünki tər və çirklənmə nəfəs yolu ilə orqanizmə zərər verə bilərdi. Bu sözləri AZƏRTAC-a açıqlamasında 2-ci qrup Çernobıl əlili Zülfü Əmirov söyləyib.