Azərbaycan Dövlət İnformasiya Agentliyi

Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi

25.04.2026 [18:01]

Xəbərin mətni

Albert Aqarunov əsl tankçı idi və peşəsini çox sevirdi. AZƏRTAC xəbər verir ki, bu fikirləri Albert Aqarunovun tank komandiri olmuş Ağababa Qasımov Milli Qəhrəmanın anım günü ilə bağlı təşkil edilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.