Dinləmə zamanı problem texniki deyil, qavrama ilə bağlıdır – DİM sədri
27.04.2026 [12:31]
Xəbərin mətni
Bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər. Lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.