Gələn il buraxılış imtahanına 15 dəqiqə əlavə vaxt veriləcək
27.04.2026 [15:51]
Xəbərin mətni
2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur. Bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.