Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orxan Məmmədov: KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 21 milyard manata çatıb

29.04.2026 [12:31]

Xəbərin mətni

KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq təqribən 10 milyard manatdan 21 milyard manata çatıb. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.