Katambara Romain: Bakı forumunun gənclər arasında şəbəkələşməni formalaşdıracağına inanıram
30.04.2026 [14:32]
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupu müstəqillik ideyalarını dəstəkləyir. Reunion adasından gəlməyim mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu ada hələ də Fransa müstəmləkəsi olaraq qalır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolununun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq gənclər forumunun iştirakçısı, Kabuntu təşkilatının sədri Katambara Romain deyib.