Prorektor: Məzunlarımız Qarabağın yenidən qurulmasında fəal iştirak edirlər
01.05.2026 [16:58]
Xəbərin mətni
Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il 7-ci Karyera Sərgisini “Karyera həftəsi” çərçivəsində təşkil edib. Artıq bir həftə ərzində ölkənin aparıcı şirkətlərinin nümayəndələri və mütəxəssisləri universitetdə tələbələrlə görüşlər keçirib, müxtəlif seminarlar təşkil ediblər. Bu barədə universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov jurnalistlərə açıqlamasında məlumat verib.