Rüfət Mahmud: Ötən il İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub
01.05.2026 [17:25]
Xəbərin mətni
İçərişəhər artıq sadəcə tarixi məkan deyil. O, eyni zamanda tədbir və festivalların keçirildiyi aktiv bir platformaya çevrilib. Ötən il ərzində İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub. Bu il isə daha zəngin proqram nəzərdə tutulub. Bu fikirləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud səsləndirib.