Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır
01.05.2026 [17:20]
Xəbərin mətni
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirib. Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlarla konstruktiv iş birliyini inkişaf etdiririk. Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 1-də keçirilən plenar iclasında deyib.