Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Ölkəmizdəki əczaçılıq layihələrinə investorların marağının artdığını müşahidə edirik

04.05.2026 [14:31]

Xəbərin mətni

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən yeni yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Dərman sənayesi yalnız iqtisadiyyatın bir sahəsi deyil, ictimai sağlamlığın strateji təminat mexanizmidir və Azərbaycanın bu istiqamətdə atdığı addımlar, həyata keçirilən investisiya layihələri və tənzimləmə islahatları ölkəmizin dərman təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.