WUF13 zamanı İçərişəhər–Şıx–“Sea Breeze” xətti üzrə xüsusi daşımalar təşkil olunacaq
05.05.2026 [11:42]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində istismara veriləcək avtobus və taksi parkı, eləcə də daşımaların təşkili üzrə yeni marşrutlar təşkil olunur. Bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.