Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-lə bağlı xüsusi minmə-enmə zonası və parklanma sahəsi təşkil olunur

05.05.2026 [14:25]

Xəbərin mətni

Avtobus dayanacaqlarından bütün nəqliyyat mübadilə mərkəzlərinə birbaşa hərəkət edən avtobusların minmə və enmə əməliyyatları həyata keçiriləcək. Parklanma əraziləri isə avtobusların marşrutlara yönləndirilməzdən əvvəl saxlanılması və hazırlıq vəziyyətinə gətirilməsi üçün nəzərdə tutulub. Taksi minmə-enmə zonası (sarı sahə) qonaqların taksi və şəxsi avtomobillərlə gətirilməsi, düşürülməsi üçün təşkil olunub. İcazəli parklanma sahəsi (mavi zona) yalnız xüsusi buraxılış sənədi olan işçi heyətin istifadəsinə verilib. Xidməti avtobus zonası isə dövlət qurumlarının və podratçı şirkətlərin əməkdaşlarının daşınması üçün ayrılıb. Nəqliyyat qovşağı ümumilikdə dörd giriş nöqtəsi ilə fəaliyyət göstərəcək. Bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.