Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-də iştirakla bağlı 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib – proses davam edir

05.05.2026 [16:16]

Xəbərin mətni

Azərbaycanın ev sahibliyi edəcəyi WUF13-də iştirakla bağlı bu günə kimi 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib. Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında maarifləndirmə məqsədilə təşkil edilən görüşdən sonra jurnalistlərə açıqlamasında “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.