Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu

07.05.2026 [23:06]

Xəbərin mətni

Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu. AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunundan sonra deyib.