WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası
10.05.2026 [17:33]
Xəbərin mətni
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir və Gəncədən sonra festivalın növbəti ünvanı mayın 10-da Xankəndi şəhəri olub.