Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Piyadalar Federasiyasının nümayəndəsi: WUF13-də “Piyada Səfirləri” proqramına start verəcəyik

12.05.2026 [12:49]

Xəbərin mətni

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) maraq və diqqət getdikcə artmaqdadır. Dünyanın müxtəlif ölkələrindən şəhərsalma, dayanıqlı nəqliyyat, sosial mənzil siyasəti və insan mərkəzli urbanizasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, ekspertlər forumu müasir dövrün aktual mövzularının müzakirəsi baxımından mühüm qlobal platforma kimi qiymətləndirirlər. Beynəlxalq Piyadalar Federasiyası da WUF13-də iştirak edəcək qurumlar sırasındadır. Federasiyanın layihə koordinatoru Olena Kujim AZƏRTAC-a müsahibəsində Azərbaycanın şəhər inkişafı və mobillik sahəsində həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirərək, forum çərçivəsində müzakirə olunacaq məsələlər və gözləntiləri barədə fikirlərini bölüşüb.