Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ

13.05.2026 [15:17]

Xəbərin mətni

Müasir şəhərsalma, su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma proseslərində peyk məlumatlarının rolu getdikcə daha strateji xarakter alır. Xüsusilə süni intellekt və coğrafi informasiya sistemlərinin inteqrasiyası böyükhəcmli məlumatların daha operativ və yüksək dəqiqliklə təhlilinə imkan yaradır. Bu yanaşmalar şəhərlərin inkişaf dinamikasının izlənməsi, quraqlıq və səhralaşma risklərinin qiymətləndirilməsi, həmçinin su resurslarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dünya miqyasında urbanizasiya və ekoloji çağırışların artdığı bir dövrdə peyk texnologiyalarının tətbiqi dayanıqlı inkişaf siyasətlərinin əsas alətlərindən birinə çevrilir. AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov bu sahədə mövcud yanaşmalar, regional monitorinq mexanizmləri və yeni texnoloji imkanlardan danışıb.