Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qlobal Cənub ölkələrinin inkişafına böyük töhfə verib

14.05.2026 [11:47]

Xəbərin mətni

Qoşulmama Hərəkatının və COP29-un sədri olaraq Azərbaycan Qlobal Cənub ölkələrinin inkişafına və onlarla əməkdaşlığın güclənməsinə böyük töhfə verib. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlıq qurmuşuq. Lakin biz, həmçinin etiraf etməliyik ki, qlobal nizamsızlıq dünyasında yaşayırıq. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI