Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəki-Zaqatala bölgəsi WUF13 ərəfəsində xarici turistlərin diqqət mərkəzindədir - sifarişlərin sayında artım var

15.05.2026 [12:17]

Xəbərin mətni

Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə gələcək çoxsaylı xarici qonaqların yüksək səviyyədə qarşılanması məqsədilə regionlardakı turizm obyektləri həm infrastruktur, həm də xidmət baxımından hazır vəziyyətə gətirilib. Xüsusilə strateji turizm marşrutları üzərində yerləşən hotel və ictimai iaşə müəssisələrində xidmət keyfiyyətinin beynəlxalq standartlara çatdırılması istiqamətində kompleks tədbirlər görülüb.