Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir
17.05.2026 [14:00]
Xəbərin mətni
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mənzil siyasətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şri -Lankanın mənzil, tikinti və su təchizatı naziri Herat Mudiyanselaqe Ranasinqe deyib.