Bahar Muradova: Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək
17.05.2026 [15:36]
Xəbərin mətni
Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi iştirakçı ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan əməkdaşlığa açıq ölkə kimi dünyanın gündəmində olan mühüm məsələlərə həsr edilən çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib.