Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAFSA-nın təsisçisi: Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq

17.05.2026 [15:56]

Xəbərin mətni

Yaxın gələcəkdə əhalinin 70 faizi şəhərlərdə yaşayacaq və onların da əksəriyyətini uşaqlar və gənclər təşkil edəcək. O səbəbdən də belə vəziyyətin yaradacağı çağırışlara cavab verməyə hazır olmalıyıq. Bunu BMT-nin UN-Habitat Gənclər Məşvərət Şurasının üzvü Gənc Afrikalılar Dayanıqlı Afrika Uğrunda (YAFSA) təşkilatının təsisçisi və icraçı direktoru Jonathan Some Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.