Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir
17.05.2026 [16:52]
Xəbərin mətni
Azərbaycanda keçirilən və bu gün bizi bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi beynəlxalq əhəmiyyətə malikdir. Hazırda Azərbaycanda müşahidə olunan yağışlı hava şəraiti bir daha nümayiş etdirir ki, urbanizasiya, yaşayış mühiti və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətləri ekoloji çağırışlar və ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Qvineyanın şəhərsalma, mənzil və ərazi planlaşdırılması naziri Mohamed Lamine Sy Savane deyib.