Azərbaycan Dövlət İnformasiya Agentliyi

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik

17.05.2026 [17:32]

Xəbərin mətni

Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) mühüm bir məqamdır ki, Yeni Şəhərsalma Proqramının nəzərdən keçirilməsindən bir neçə ay əvvəl təşkil olunur. Buna görə də bu, Nyu-Yorka aparılacaq bütün məsələlərin müzakirəsi üçün çox vacib bir an sayılır. Həmçinin bu tədbir dağıntılardan bərpaya qədər yenidənqurma təcrübələrinin nümayişidir. Bunu Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.