Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məleykə Tağızadə: Azərbaycan Şəhərsalma Kampaniyası inklüziv şəhər inkişafı üçün yeni əməkdaşlıq modeli formalaşdırıb

17.05.2026 [18:59]

Xəbərin mətni

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzularına həsr olunmuş 110 müxtəlif tədbir və təşəbbüs həyata keçirilib. Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasının iclasında çıxış edən BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçi Məleykə Tağızadə səsləndirib.