UN-Habitat: Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib
18.05.2026 [09:58]
Xəbərin mətni
Bu gün dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır. 1 milyarddan çox insan gecəqondularda məskunlaşıb, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üz-üzədir. Bu, artıq təcrid olunmuş bir problem deyil, sistemli və qlobal böhrandır. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.