Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir

18.05.2026 [10:22]

Xəbərin mətni

Dünya Şəhərsalma Forumu şəhərlərimizin gələcəyinin necə formalaşacağı ilə bağlı mühüm qlobal platformadır. Burada müxtəlif ölkələrdən olan nümayəndələr, ekspertlər və mütəxəssislər bir araya gələrək urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi ilə bağlı fikir mübadiləsi aparırlar. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.