Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antonio Kampanyoli: WUF13 dayanıqlı şəhər inkişafında qlobal əməkdaşlığı gücləndirir

18.05.2026 [15:17]

Xəbərin mətni

WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformadır. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) dünya prezidenti Antonio Kampanyoli deyib.