Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim edib

18.05.2026 [15:40]

Xəbərin mətni

Pakistan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) ən böyük çaykənarı şəhər layihəsini təqdim edib və beynəlxalq investorları əməkdaşlığa dəvət edib. Bunu AZƏRTAC-a açıqlaması zamanı Pakistanın Pəncab hökumətinin Ravi Şəhərsalma İnkişafı İdarəsinin (RUDA) xüsusi təşəbbüslər, korporativ sosial məsuliyyət və müxtəliflik məsələləri üzrə direktoru Fatima Ali Xan bildirib.