ÜST təmsilçisi: Dayanıqlı şəhərsalma sağlamlıq və rifah üçün önəmlidir
18.05.2026 [15:53]
Xəbərin mətni
Şəhərlərin sürətli inkişafı şəraitində urban sağlamlıq məsələsi xüsusi əhəmiyyət daşıyır. Urbanizasiya artdıqca əhalinin sağlamlığı və rifahı birbaşa şəhər mühitindəki yaşayış tərzindən asılı olur. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) şəhər sağlamlığı üzrə texniki rəhbəri Natali Roebbel deyib.