Qırğız nazir müavini: Yeni tip şəhərsalmada təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır
18.05.2026 [16:36]
Xəbərin mətni
Biz Azərbaycanda həyata keçirilən şəhərsalma təcrübəsindən istifadə edərək Qırğızıstanda bir sıra işləri həyata keçirmişik. Bunlardan biri məişət tullantılarının yandırılması zavodudur. Təcrübəyə əsasən Bişkekdə qurulan bu zavod məişət tullantılarının aradan qaldırılması ilə yanaşı, enerji də istehsal edir ki, bu da əhalinin ekoloji təmiz enerji ilə təmin olunmasında böyük rol oynayır. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Qırğızıstanın tikinti nazirinin müavini İmanakulu Talan deyib.