Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır
18.05.2026 [17:37]
Xəbərin mətni
Möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə bizi qəbul etdiyinizə görə Prezident İlham Əliyevə, mənim əziz dostuma təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin və tərəqqinin, Azərbaycan xalqının, Prezident İlham Əliyevin birlikdə öz ölkələri üçün etdiklərinin şahidi oluram. Sizin əzminiz, qətiyyətiniz və Prezident İlham Əliyevin xalqına bağlılığı bu inanılmaz tərəqqinin təminatçısıdır. Bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) liderlərin bəyanatları zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.