İordaniya Senatının üzvü: Şəhərlər istisnasız hər kəs üçün uyğun olmalıdır
19.05.2026 [11:56]
Xəbərin mətni
Cəmiyyətlərimizin müxtəlif sahələrindən olan bu qədər fərqli təcrübə və fikirlərin bir araya gəlməsi sübut edir ki, inklüzivlik artıq bir seçim deyil, təxirəsalınmaz humanitar və inkişaf zərurətidir. Bunu İordaniya Senatının üzvü, "Mən insanam” Fiziki Məhdudiyyətli Şəxslərin Birliyinin sədri Asya Abdel Yaqi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13- cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.