Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanlı mühəndis: Bakının Dənizkənarı Bulvar ərazisi ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir

19.05.2026 [13:10]

Xəbərin mətni

Gələcək davamlı şəhərlərinin qurulmasında yaşıl həllərdən geniş istifadə olunmalı, yəni ətraf mühitə mənfi təsirləri minimuma endirən ekoloji şəhərsalma və memarlıq yanaşması tətbiq olunmalıdır. Bakının Dənizkənarı Bulvar ərazisinə baxdıqda burada salınmış geniş yaşıllıqlar ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistandan olan mühəndis Əli İmran deyib.